Bazar, 19 May

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsuliyyəti öz üzərinə götürüb" - Mixaylov

image

Rusiyalı məşhur jurnalist, politoloq Yevgeni Mixaylov müsahibə verib.

Xəbər verilir ki, 44 günlük Vətən müharibəsi dövründə Yevgeni Mixaylov Rusiya mətbuatında Azərbaycanı müdafiə edib və orada yaşayan ermənilər tərəfindən mənəvi terrora məruz qalıb.

Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycandır!

-Cənab Mixaylov , Azərbaycanda sizi görməkdən məmmunuq və müsahibə təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. Sizcə liderlərin Brüssel görüşündən sonra bölgədəki vəziyyəti dəyişə biləcəkmi?

-Mən də Azərbaycanda olmaqda məmmunam və özümü burada vətənimdəki kimi rahat hiss edirəm.

Düşünürəm ki ,Brüssel görüşü heç nəyi dəyişməyəcək.Baxmayaraq ki, Avropaya daha çox meyl edən bəzi qüvvələr bu görüşə daha çox ümid bəsləyirdilər. Lakin son nəticələr də mənim fikirlərimin doğru olduğunu göstərir. Mənim fikrimcə məhz bu görüşü qabaqlayan Soçi görüşü bölgədə sülhün yaranmasına daha çox təkan verdi. Cənab Şarl Mişel də, çıxışında dərhal təsdiqlədi ki, biz ilk növbədə Soçidə əldə olunan razılaşmaları yalnız möhkəmlənmək üçün şadıq.

-Soçi görüşünə toxundunuz. Yeri gəlmişkən, sizcə Paşinyanın Soçi görüşündə ATƏTin Minsk qrupunun fəaliyyətinin bərpa olunmasını səsləndirməsi nəyə işarə idi?

-Minsk Qrupu artıq keçmişin yadigarıdır, Rusiya qrupun sədridir və hər kəs başa düşür ki, bu təşkilat əslində heç nə etmir. Rusiya yekun olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsuliyyəti öz üzərinə götürüb , münaqişənin sülh yolu ilə həlli prosesinin qarantı oldu .Ona görə də etiraf edirəm ki, bu qrupun islah olunması bəlkə də kimlər üçünsə fərqli səslənə bilər , amma məncə münaqişə artıq həll olunub. Qarabağ Azərbaycandır!

-Bəs Rusiyanın Dağlıq Qarabağla bağlı yekun mövqeyi necədir?

Rusiya Federasiyasının rəhbərliyinin adından danışmaq mənim üçün çətindir, amma tamamilə aydındır ki, Vladimir Putin münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir , yeganə məsələ odur ki, indi ərazidə yaşayan ermənilər və azərbaycanlılar arasında anlaşılmaz mübahisəli məqamlar var. Rusiya Federasiyası buna görə də əsas vasitəçi rolunda çıxış etməlidir. Yekun sülh müqaviləsini Azərbaycan təklif etməlidir. Qarabağın statusu məsələsinə gəlincə burada əsas söz sahibi Azərbaycandır və İlham Əliyev çoxdan təklif edir, çoxdan deyirdi ki, Qarabağ Azərbaycandır və onun tərkib hissəsi kimi bu əraziyə muxtariyyət verilməməlidir.

– Növbəti sualım isə Amerika və Rusiya münasibətləri ilə bağlıdır. Amerikanın Rusiyanı yeni sanksiyalarla bağlı hədələməyi nəyə xidmət edir?

-Məncə bu sanksiyaları aradan qaldırmalıdırlar. Ona görə ki, bu ilk öncə sanksiyaları tətbiq edənlərin özlərinə ziyan olacaq. Biz anlayırıq ki , sanksiyalar ona görə nəzərdə tutulub ki , ABŞ bütün dünyaya bəyan etsin ki , biz Rusiya Federasiyasına təzyiq göstəririk.

Amma biz artıq iqtisadiyyatımızı və beynəlxalq əlaqələrimizi yenidən qurmuşuq və əlaqələrimiz o səviyyədədir ki, bütün bu sanksiyaların sonu onu tətbiq edənlər üçün yaxşı heç nəyə gətirib çıxarmayacaq və ona görə ki ABŞ-ın Qərb tərəfdaşları , bütün Avropa enerji resurslarını daha çox Rusiyadan alır və ABŞ-ın Rusiya vasitəsi ilə dolayı yolla Avropalı müttləfiqqlərinə zərbə vurması onlara heç bir vəchlə sərf etməyəcək.

-Zəngəzur dəhlizinin açılması da Brüsseldə müzakirə olunan mövzulardan biri oldu. Dəhlizin bölgə üçün əhəmiyyəti artıq hər kəsə aydındır. Bəs Rusiya üçün Zəngəzur dəhlizinin açılması nə dərəcədə əhəmiyyətlidir?

-Rusiya Federasiyası üçün Azərbaycan və Ermənistana qarşılıqlı faydalı dostluq münasibətləri qurmağa kömək edəcək hər şey vacibdir, o cümlədən də Rusiya Federasiyasının da uğurla istifadə edə biləcəyi dəhlizlər. Və bu dəhlizin əsas əhəmiyyəti ondan ibarətdir ki, dəhlizdən təkcə Türkiyə və Gürcüstan deyil, bütün region ölkələri istifadə edəcək.

Rusiya üçün də dəhliz kifayət qədər əhəmiyyətlidir və onun üçün bu dəhliz həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqələrin qurulmasında əhəmiyyətlidir. Düşünürəm ki, dəhliz açıldığı təqdirdə nəqliyyat , kommunikasiya və bölgə üçün digər faydalı əlaqələrin qurulmasından öz töhfəsini əsirgəməyəcək .

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41